Şəhid əsgər hər kəsdən gizləmişdi: ÇEMODANINDAN ÇIXDI

Baxış sayı:
6460

Şəhid Əsgər Muhiddin Talha Çalışqanın "Əgər şəhid olsam TSQ-dən gələn bütün pulumla yetimxana tikilməsini və adımın qoyulmasını istəyirəm" dediyi ortaya çıxıb.
 
Suriyanın Afrin bölgəsində terrorçular tərəfindən tələ olaraq qurulan əl istehsalı partlayıcının partlaması nəticəsində şəhid olan əsgər Muhiddin Talha Çalışqanın öz xətti ilə yazdığı vəsiyyət ortaya çıxıb.
Şəhid əsgər Muhiddin Talha Çalışqana aid əşyalar Antalyada yaşayan ailəsinə təhvil verilib. Ailəsi şəhidin dəftərində olan öz xətti ilə yazılmış vəsiyyətini tapıb. Ölmədən əvvəl dəftərinə vəsiyyətnaməni yazan əsgər, şəhid olduğu təqdirdə Türk Silahlı Qüvvələrinin ödəyəcəyi pul ilə yetimxana inşa olunması və adının verilməsini, yazdığı yazıları kitab halına gətirilərək adının da "vəsiyyətnamə” qoyulmasını istəyib və son olaraq" Vətənə bir canım daha olsa, onu da verərəm"  deyə, bildirib.
 

Şəhidin öz əl yazısı ilə yazdığı vəsiyyətnamə
 
Çalışqan yazdığı vəsiyyətnamədə bu ifadələri qeyd edib:
"Bu vaxta qədər heç belə bir şey düşünməmişəm, amma bunu yazmağa ehtiyac duydum. Əgər şəhid olsam TSQ-dən gələn bütün pulumla bir dənə yetimxana inşa edilməsini və adımın qoyulmasını istəyirəm. Beyzaya verdiyim yazıların, dəftərlərin kitab halına gətirilib kitabın adının “Vəsiyyətnamə” qoyulmasını və müəllif yerinə anonim olaraq yazılmasını istəyirəm. Qardaşlarımın məktəb xərclərini və bütün xərclərin TSQ-nin təmin etməsini rica edirəm. Vətənə bir canım daha olsa, onu da verərəm. Ərz edirəm".
Müxalifət.az