​Şəhid olan pilotların cənazəsi Azərbaycana verildi - ONLAR FƏXRİ XİYABANDA DƏFN OLUNACAQ

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçilərimiz, mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Bəkir İsmayılovun cənazələri Azərbaycan tərəfinə verilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə şəhid Təbriz Musazadənin dayısı qızı məlumat verib. Onun sözlərinə görə, pilotlar sabah - aprelin 11-də Fəxri xiyabanda dəfn olunacaq.