Şəhid İlqar Mirzəyevin xatirəsi Gürcüstanda anılıb – FOTOLAR

Baxış sayı:
3434

Tovuz istiqamətində şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun Tbilitskaro (İstisu) kəndində anılıb.

Kənddə şəhidin ruhuna ehsan süfrəsi təşkil olunub.

Kənd sakinlərinin təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov da iştirak ediblər.

Səfir şəhidin yaxınlarına başsağlığı verib, onlara səbr diləyib. O deyib ki, Ermənistanın təcavüzü və hərbi təxribatları nəticəsində şəhid olan hərbi qulluqçular ölməzlik qazanıblar və onların əziz xatirələri azərbaycanlıların yaddaşında daima yaşayacaq.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub./report/