Şəhid hərbçimizin qardaşı HƏR ŞEYİ AÇDI: bütün iddialar YALAN İMİŞ

Baxış sayı:
9553

Noyabrın 6-dan 7-nə keçən gecə Qazaxda şəhid olmuş sərhəd qoşunlarının kiçik giziri Babək Aslanovun qardaşı Nurlan Aslanov sosial şəbəkədə qardaşının adından istifadə edən müxalifət nümayəndələrinə müraciət edib. Muxalifet.az xəbər verir ki, bu barədə Nurlan Abbasov RePost.az-a açıqlamasında bəzi şəxslərin soial şəbəkədə şəhid qardaşı ilə bağlı yalan məlumat yaydıqlarını bildirib. Qeyd edib ki, bəzi saitlərin yazdığı kimi qardaşı evin tək övladı deyil. Ailədə dörd qardaş, bir bacıdırlar. Babək isə evin 4-cü övladıdır. Həm də iddia edildiyi kimi 18 yaşlı əsgər yox, kiçik gizirdir. “Babək əsgərliyini 6 il əvvəl Beyləqan rayonunda Milli Ordunun sıralarında keçirib. Qayıtdıqdan sonra isə Sərhəd Qoşunlarında hərbi qulluğa başlayıb. 5 ildi Sərhəd Qoşunlarının kiçik giziridir. Bu müddət ərzində o, Yevlaxda, Şəmkirədə qulluq edib. Son iki ili isə Qazax rayonunda olub”, - şəhidin qardaşı bildirib. O qeyd edib ki, qardaşının 24 yaşı var. O, 1995-ci iləd anadan olub. Nurlan Aslanov həmçinin əlavə edib ki, bəzi şəxslər anasının yataq xəstəsi olması barədə yalan məlumatlar da yayırlar. Halbuki, bunların heç biri doğru deyil. Nurlan Aslanov həmçinin vurğulayıb ki, öz siyasi maraqları üçün qardaşı haqqında yanlış məlumat yayanların şəxsən səhifələrində iradlar bildirsələr də, şərhləri nəzərə alınmır və ya silinir.