Şəhid anası Ziya Məmmədovun xalası oğlundan şikayətçidir – “YAŞAR MƏMMƏDOV MƏNİ ALDADIB…”

Ucar rayon sakini, Dədə Qorqud yaşayış məhəlləsi ev 7 mənzil 8 də yaşayan şəhid  anası Ələkbərova Şahnaz Abbas qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım! 
                                                                                                               
Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Ucar Rayon İcra Hakimiyətinin sabiq icra başçıları Arzu Qafurov və Yaşar Məmmədov şəhid ruhuna hörmətsizlik edib, şəhidin haqqına giriblər. Belə ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzilin növbəsinə 2008-ci il tarixdə dayanmışam. Həmin vaxt növbəm 54-cü sırada idi. Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən mənə cavab verilib ki, siz 2008-ci il tarixdə yox, 2015-ci il tarixdə ev növbəsinə qeydə alınmısınız. İndi başa düşmüşəm ki, Ucarın sabiq icra başçısı hazırda Qubada icra başçısı işləyən Yaşar Məmmədov məni aldadıb, ev növbəsinə qeydə aldırmayıb. Bu açıq-aşkar qanunsuzluqdur ki, keçmiş nazir Ziya Məmmədovun xalası oğlu Yaşar Məmmədov edib.
Mənim oğlum Məhəmməd Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, bir oğlum Fətəli 1-ci qrup Qarabağ müharibəsi əlilidir, iki oğlum isə Qarabağ müharibəsi iştirakçılarıdır . Həyat yoldaşım Mehdi Ələkbərov isə Böyük Vətən müharibəsi iştirakçısı olub. Qardaşım Rəsulov Qadir Abbas oğlu Qarabağ müharibəsində şəhid olub. Özüm Qəhrəman anayam, 14 uşaq anasıyam. İndi evsizliyə görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam. Çünki Ucar rayonunun  Alpı kəndindəki evimiz iki otaqdan ibarətdir ki, Iki oğlum ailəsi ilə orada darısqal şəraitdə yaşayır, digər oğlum Polad isə kirayədə yaşayır. Mən buna görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam. Bu şəhid ruhuna edilən hörmətsizlikdir. Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda şəxslərə həmin evlərdən mənzillər verib ki, bunun araşdırılması vacibdir. Çünki onlardan pul alıblar. Mənim isə bu korrupsionerə verməyə pulum yoxdur, halal adımız var. Bu korrupsiya cinayətidir və şəhid ruhuna hörmətsizlikdir.
Bizim ailə vətənpərvər ailəsidir, buna görə fəxr edirik, qürur duyuruq. Bir dəfə keçmiş deputat Elton Məmmədov Ucarda ev orderləri paylayan zaman ondan bizim ailəyədə ev verilməsini xahiş etdim, “məni bezdirmisiniz” deyib, polis çağıtdırıb qolumu burdurub məni döydürdü. Allah da onun qardaşı Ziya Məmmədovu, özünü və yaxınlarını belə cəzalandırdı.
Mən Prezident İlham Əliyevə və Mehriban xanıma inanıram. İnanıram ki, bu şikayət ərizəmi öz şəxsi nəzarətləri ilə obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər, şəhid ailəsinə mənzil verilməsinə köməklik edəcəklər.
Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!                                                                                                   

Sizdən xahiş edirəm ki, nümayəndənizi  Ucar rayonuna göndərin, gəlib yaşayışıma baxıb şikayət ərizəmdə göstərdiyim faktları yerində, mənim iştirakımla araşdırıb qanunu tədbirlər görülməsinə və mənzillə təmin olunmağımıza yaxından köməklik göstərəsiniz.
Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfi dinləməəyə hazırıq.