ŞƏHİD ANASI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ – “Həkimlər növbəti həftənin 5-ci gününə kimi gözləyirlər ki, donor tapılsın...”

Baxış sayı:
12898

Göyçay rayonu, Müskürlü kənd sakini, şəhid anası Hüseynova Əntiqə Heybət qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına məktubu daxil olub. Müəllif qızının müayinə və müalicə olunmasına göstəriş verediyi üçün saytımız vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını çatdırır: “Allah Mehriban xanımdan razı qalsın. Qızım Gülnarın müalicəsinə köməklik göstərilməsi üçün mətbuat vasitəsi ilə Mehriban xanıma müraciət etmişdim. Bundan sonra Mehriban xanımın tapşırığı ilə qızımı Gömrük Hospitalına dəvət edib, orada müayinə və müalicəsini aparmağa başladılar. Hazırda qızım Gülnar Gömrük Hospitalında müayinə və müalicə olunur. Ona qaraciyər köçürülməlidir. Kiçik oğlum Rahim öz qaraciyərinin bir hissəsini bacısı Gülnara verməyə hazır idi. Ancaq Gömrük Hospitalında oğlum Rahimi müayinə edib yoxlayan zaman onda “Hepatit b” xəstəliyi aşkar olduğu üçün bu mümkünsüz oldu. Buna görə donor olmadığı üçün qızım Gülnara qaraciyər köçürülməsi əməliyyatı dayandırılıb. Ancaq həkimlər növbəti həftənin 5-ci gününə kimi gözləyirlər ki, donor tapılsın, cərrahiyyə əməliyyatı aparılsın. Buna görə mən mətbuat vasitəsi ilə təkrar olaraq Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm qızım Gülnara qaraciyər donoru tapılmasına köməklik etsin”. Qeyd edək ki, şəhid anasının Mehriban Əliyevaya birinci müraciətini Muxalifet.az-da qeyd etmişdik: http://muxalifet.az/shid-bacisi-olum-ayaginda-ona-qaraciyrini-verck-dono... Məlumata üçün bildirək ki, Ə.Hüseynovanın oğlu Həsrət Hüseynov Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 21 yanvar 1994-cü il tarixdə Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Muxalifet.az