Əsgərlər tələyə düşdülər: 100 ölü

Baxış sayı:
3136

Yəməndə hökümətə bağlı Amalika güclərinin sözçüsü Abdullah əş-Şabi, AA müxbirinə verdiyi açıqlamada, ötən bir neçə saat içində Husilərin Hudeydə vilayətində 100-ə qədər hərbçini öldürdüyünü ya da əsir aldığını söyləyib.
 
Amalika güclərinə bağlı üç birliyin Hudeydə'nin cənubundakı Dureyhimi qəsəbəsi istiqamətində İran dəstəkli Husilər tərəfindən mühasirəyə alındığını deyən Şabi, nəticədə 100-ə qədər əsgərin Husilər tərəfindən öldürüldüyünü, yaralandığını ya da əsir olaraq ələ keçirildiyini qeyd edib.
Şabi, hökümət əsgərlərinin irəliləməsinin hərbi şəkildə doğru planlaşdırılmadığını tənqid edib.
Veirlən itki Hudeydə vilayəti və limanının Husilərin əlindən geri alınması üçün 2017-ci ildə başladılan hərbi əməliyyatdan bu yana Yəmən qüvvələrinin yaşadığı ən böyük itki hesab olunur.
Hadisə ilə bağlı Husilərin etdiyi açıqlamada, aralarında rütbəli zabitlərin də olduğu 150-dən çox əsgərin ölü və ya yaralı ələ keçirildiyi ya da əsir götürüldüyü qeyd edilib.
Qeyd edək ki, Yəmən qüvvələri, keçən çərşənbə axşamı günü Dureyhimi qəsəbəsini əlində tutan Husilərə qarşı hərbi əməliyyatlara başlamışdı.
Müxalifət.az