Əsgərlər sərhəddə ƏLLƏRİ TƏTİKDƏ gözləyirlər

Baxış sayı:
3106

Muxalifət.az xəbər verir ki, Afrin əməliyyatı üçün Suriya ilə sərhədə göndərilən Türkiyə hərbçiləri hazırlıqları tamamlayıblar. Əsgələrin əllərinin tətikdə fotoları yayılıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın “Hər an başlaya bilər” deyə anonsunu verdiyi Afrin və Menbiç əməliyyatı üçün hazırlıqlar davam edir. Suriya ilə sərhəddə, Kilisin Elbəyli rayonunda hərbi canlanma var, buraya başqa şəhərlərdən texnika və hərbi personal gətirilib. Rayona tanklarla birlikdə hərbi karvanlar gəlib.
 
Sərhəd qırmızı-bəyaz rəngə boyanıb
 
Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonunun Suriya ilə sərhəddə yerləşən Oğulpınar məhəlləsinin sakinləri Afrin əməliyyatında hərbçilərə dəstək vermək üçün evlərinin damlarına Türkiyə bayraqları asıblar. Tankların və zirehli texnikanın keçdiyi məhəllə al-ağ rəngə boyanıb. Düz sərhəddə yerləşən kənd sakinləri Türkiyə hərbçilərini dəstəklədiklərini nümayiş etdiriblər.