Əsgərlər əllərində süpürgə, küçələri təmizləməyə yardım edir

Baxış sayı:
5565

Çinin qoşunları şənbə günü Honq Konqda kazarmadan çıxaraq küçələri təmizləməyə yardım edib.

Bu, Xalq Qurtuluş Ordusunun yarı-muxtar ərazinin küçələrinə çıxdığını nadir hallardan biridir.

Orada yerli hökümərin beç aydır davam edən və bəzən zorakı hal alan etirazlara son qoya bilməməsi Pekinin əraziyə qoşun göndərə biləcəyinə dair spekulyasiyaları artırıb.

Onlar əllərində süpürgələr Honq Konqun Baptist Universiteti yaxınlığında küçələri təmizləyib. Polis bu həftənin əvvəli orada etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar Honq Konq Baptist Universitetində yolda barrikada qurub. 13 noyabr, 2019.

Etirazçılar Honq Konq Baptist Universitetində yolda barrikada qurub. 13 noyabr, 2019.

Honq Konqda etirazçılar universitetləri tərk edib. Onlar bir həftə boyunca həmin universitetləri zəbt edib, orada etirazlar keçirib.

Hər həftə sonu polislə etirazçılar arasında toqquşmaların olduğu Honq Konqda bu şənbə sakit keçib. Təxminən min nəfər şəhərin mərkəzində hər il keçirilən Gey paradda iştirak edib.

Çinin onlarla qoşunu küçələrdən nəqliyyata maneəçilik törədən daşlar, qayalar və digər əngəlləri təmizləyib. Honq Konqun iğtişaş polisi isə yaxınlıqdakı küçələrdən onları izləyib.

Honq Konqda təxminən 10 min əsgərdən ibarət qarnizonu olan Çin etirazların başlanğıcında bir neçə dəfə ictimai şəkildə həmin əsgərləri səfərbər edə biləcəyinə dair xəbərdarlıq etmişdi, amma texniki olaraq bunun üçün Honq Konq höküməti Çinə belə bir tələb irəli sürməlidir.

Lakin bu addım beynəlxalq tənqidlərə səbəb ola və ordunun 1989-cu ildə Tiananmen Meydanında demokratiya tələb edən etirazçılara qarşı qanlı təqiblərlə bağlı xatirələri canlandıra bilər.

Honq Konqda etirazçılar 15 noyabr, 2019.

Honq Konqda etirazçılar 15 noyabr, 2019.

Bir neçə yerdə etirazçılar küçələri təmziləyən insanlarla mübahisə edib və Honq Konq Şəhər Universiteti yaxınlığında biri Molotov kokteyli atıb.

Bundan əlavə etirazçılar axşam saatlarında Honq Konq Universiteti yaxınlığında toplaşaraq əsas yolu bağlamağa çalışıb, lakin polis bibər qazı sıxaraq, onların qarşısını alıb.

Onlarla etirazçı Honq Konqun Politexnik Universitetində qalıb.

Honq Konqun bəzi hissələrində nəqliyyata əngəllər törədilib, məktəblər və universitetlər bağlı olaraq qalıb.

Altı aydır davam edən etirazların həcmi azalsa da, onlar getdikcə zorakı hal alır və bu, küçələrdə xaosa səbəb olur.