​Səfərbərlik elan olundu: İki ölkənin ordusu Türkiyə ilə sərhədə yerləşdirildi

Baxış sayı:
5470

Bolqarıstan Türkiyə ilə sərhəd xəttində hərbi qüvvələrini yerləşdirib.
Muxalfet.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb bir qrup əfqanıstanlı və iranlı miqrantın Yunanıstana və Bolqarıstana getmək üçün Ədirnə şəhərinə toplanması olub.
“Ədirnə Ümid Səfəri” adı altında sosial mediada paylaşımlar edən bir qrup tərəfindən təşkilatlanan miqrantlar Türkiyənin sərhəd qapılarını açmaq ümidi ilə Ədirnəyə axın edib. Son 4 gündə şəhərə gələn 1955 miqrant saxlanılıb. Bundan sonra Bolqarıstanın baş naziri Boyko Borisov nazirlərin təcili toplantısını təşkil edib. Baş nazir ehtimal olunan qaçqın axınına qarşı sərhəddəki təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılması təlimatını verərək ordunu səfərbər olmağa səsləyib.
Yunanıstanın daxili işlər naziri Mladen Marinov da Türkiyə ilə sərhəddə təhlükəsizlik tədbirlərinin yüksək səviyyəyə çıxarıldığını, sərhəd xəttində nəzarəti gücləndirəcəklərini bildirib.