Səfər Mehdiyev özünü niyə doğrulda bilmir? – GÖMRÜK KOMİTƏSİNDƏ BAŞ VERƏNLƏR...

“Kəmaləddin Heydərov ətrafında çəmbər daralır: “fövqəlnazir”ə yol göründü?”

Baxış sayı:
11644

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləlkilə, 21-27 avqust 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev “Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?”, “Səfər Mehdiyev iki idarəni birləşdirdi - ONU RƏİS TƏYİN ETDİ”, “Özünü doğrultmayan kadrlar... - Səfər Mehdiyevin adı birinci yerdədir…”, “Səfər Mehdiyev icra başçısının oğluna vəzifə verib”, “Səfər Mehdiyev barədə ilginc məlumatlar” başlıqlı 5 məqalə ümumilikdə 14 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri fövqəlada hallar naziri Kəmaləddin Heydərov “Kəmaləddin Heydərov ətrafında çəmbər daralır: “fövqəlnazir”ə yol göründü?”, “Kəmaləddin Heydərovun qəbulunda şəhid anasına hörmətsizlik- FOTO” başlıqlı 2 məqalənin 7 elektron KİV-də yayılması ilə tutur. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Əbülfəz Məlikov çətin durumda - Səfər Mehdiyevlə ortaqlıq etməsi…” başlıqlı məqalənin 6 elektron KİV-də yayılması ilə “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov tutur. Deputat haqda ŞOK İTTİHAM: “140 min pul vermişəm, 90 mini qaytarmayıb…” Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “140 min pul vermişəm, 90 mini qaytarmayıb…” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən” başlıqlı 1 məqalənin 2 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur. Mətbuatda ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri Hüseynbala Mirələmov “Azərbaycanın biznesmen deputatları- SİYAHI – II HİSSƏ” başlıqlı 1 məqalənin 1 elektron KİV-də yayılması ilə tutur. Muxalifet.az