Səfər Əbiyevin general dostu hakim qarşısına çıxdı

Vladimir Putinin sui-istifadə iddiası ilə vəzifədən qovduğu sabiq Müdafiə naziri Anatoli Serdyukov Moskva Presnenski Məhkəməsində hakim qarşısına çıxıb.

Axar.az xəbər verir ki, vəzifə müddətində nazirliyinə məxsus mülklərin satışını reallaşdırdığı iddia edilən Serdyukov bir neçə halda təqsirli bilinir. Məhkəmədə özünü müdafiə edən keçmiş nazir etdiyi hərəkətlərə haqq qazandırıb: “Bu hadisələrlə bağlı yığıncaq keçirilib. Bu binaların böyük bir qismi gərəksizdir. İçində təmir şirkətlərinin də olduğu şirkətlərin bir çoxu iflas edir. Biz bu şirkətləri batmaqdan xilas etmək üçün özəlləşdirdik. Onlar üçün də iş yeri imkanı yarandı. Bəzi incə tənzimlənmələrlə əlaqədar təlimatlar verdim. Daha sonra bu qərarların təsdiqlənməsiylə bağlı məsləhət yığıncaqları təşkil etdilər. Nazirliyin gərəksiz xərclərini azaltmaq üçün 2007-ci ilin ikinci yarısında Rusiya prezidenti ilə razılaşmışdım”.

Bundan başqa sui-istifadə hadisəsinin ana qəhrəmanı olduğu deyilən nazirliyin mülki təminat bölməsinin keçmiş başçısı Yevgeniya Vasilyeva Serdyukovun yaxını olaraq tanınır.

Xatırladaq ki, 2012-ci ilin noyabrında vəzifədən azad edilən Serdyukov ümumilikdə 100 milyon dollarlıq rüşvət əməliyyatında günahlandırılır.

Anatoli Serdyukovun keçmiş azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyevlə yaxın dostluq münasibətləri olduğu bildirilir.