Səfirliyin katibi qəzaya düşdü - BAKIDA

Baxış sayı: 29

Bakıda səfirlik maşını qəzaya düşüb.
Muxalifet.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Malayziyanın Azərbaycandakı səfirliyinin katibi Raca Xanizaminin idarə etdiyi, “Mercedes” markalı, 066 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Rövşən Salahovun idarə etdiyi "Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.