​Səfirlikdən Dağlıq Qarabağda Hindistan sərgisinin keçirilməsinə MÜNASİBƏT

Baxış sayı:
6015

 “Hindistan hökumətinin Xankəndində təşkil edilən Hindistan sərgisi ilə heç bir əlaqəsi yoxdur”.
 
Muxalifət.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Hindistan hökumətinin hindistanlı biznesmenlərin Dağlıq Qarabağa səfəri ilə heç bir əlaqəsi yoxdur: “Əksinə, Hindistan hökuməti biznesmenlərə təlimat verir ki, Dağlıq Qarabağa səfər etməsinlər”.
Qeyd edək ki, Hindistandan olan 12 biznesmen Azərbaycanın işğal edilmiş ərazilərində sərgi təşkil edib. Xankəndində martın 28-də başlayan sərgi aprelin 8-ə kimi davam edəcək. Sərgidə Hindistandan gətirilmiş ərzaq, ədviyyat, bəzək əşyaları, paltarlar, mebel və s. nümayiş etdirilir.