Səfirlik "Greencard"la bağlı XƏBƏRDARLIQ ETDİ

Baxış sayı:
202

ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin Qrin Kart Viza Proqramındakı saxtakarlıqla bağlı xəbərdarlıq edib.  

Qaynarinfo səfirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, son vaxtlar bu proqramın ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.

Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "Qrin kart" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

"Bu cür şəxslər viza lotereyası proqramında iştirak üçün sizdən şəxsi məlumatlarınızı verməyinizi istəyə bilərlər. Bu təşkilatlar sizin maraqlarınızı təmin etmir", - səfirlikdən verilən açıqlamada bildirilir.

Bundan əlavə, vurğulanıb ki, ABŞ səfirliyi özlərini "Greencard" adlandıran heç bir yerli təşkilatla çalışmır və ya onları dəstəkləmir.