SƏFİRİN “ŞƏRƏFİNƏ” TƏŞKİL OLUNAN TƏDBİRDƏN ŞOK GÖRÜNTÜLƏR – AZTV-nin keçmiş xüsusi müxbiri tərəfindən yayılan VİDEONU OXUCULARIMIZA TƏQDİM EDİRİK

Baxış sayı:
3114

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ukraynadakı azərbaycanlılar Azər Xudiyevin səfir vəzifəsindən geri çağırılmasını bayram ediblər.

Hətta missiya.az bildirirdi ki, ölkənin müxtəlif şəhərlərində yaşayan həmyerlilərimiz səfirin vəzifəsindən azad olunmasının şərəfinə ziyafətlər və atəşfəşanlıq təşkil ediblər.
Məlumata əsasən, Azər Xudiyevin geri çağırılmasının şərəfinə təşkil olunan tədbirlərdən biri isə xüsusi orjinallığı ilə seçilib. Belə ki, paytaxt Kiyevdə bir araya gələn həmyerlilərimiz, səfirin şəkilinə qara lent bağlayıblar. Həmçinin şəkilin qarşısına bir stakan su və çörək qoyublar. Bu adət slavyan xalqlarında yas mərasimlərində həyata keçirilir. Həmyerlilərimiz şənlikdə əyləniblər və sonunda atəşfəşanlıq təşkil olunub.

Qeyd edək ki, Azər Xudiyev səfir olduğu müddətdə daha çox qalmaqallarla və Ukrayna azərbaycanlıları ilə yaşadığı problemlərlə yadda qaldı. Keçmiş səfir barədə mediada yüzlərlə neqativ yazıya rast gəlmək olar.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 9-da Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin geri çağırılması barədə sərəncam imzalayıb. Onun yerinə isə sabiq deputat Elmira Axundova təyin olunub.

Onu da qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda azərbaycanlıların təşkil etdiyi tədbirdən videolar yayılsa da, bu gün bəzi saytların elektron poçtuna yeni şok görüntülər daxil olub. Azərbaycan Dövlət Televiziyasının Ukraynada fəaliyyət göstərən keçmiş xüsusi müxbiri Mövsüm Aslanov tərəfindən yayıldığı iddia olunan videonu oxucularımıza təqdim edirik: