​Səfirimiz Qətərin təhsil naziri ilə görüşdü

Baxış sayı:
8056

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin Təhsil və Ali Təhsil Naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadi ilə görüş keçirib.
Muxalifeta.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Qətər arasında təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılıb. Azərbaycan və Qətər təhsil müəssisələri, xüsusilə universitetləri arasında əlaqələrin qurulması imkanlarından danışılıb. Ölkəmizin təhsil sistemi və son illər ərzində təhsil sahəsində aparılmış islahatlar və görülümüş işlər barədə Qətər tərəfinə ətraflı məlumat verilib.
Qətərli nazir 2017-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində faydalı danışıqlar apardığını qeyd edərək, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyi görüşü böyük məmnunluqla xatırladığını bildirib. Nazir təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.