Səfir açıq şəkildə dedi: Türkiyəni istəmirlər...

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan düzgün siyasət yürüdür.
 
Bu sözləri Özbəkistanın Türkiyədəki səfiri Ülfət Kadırov “Yeniakit.com.tr”yə açıqlamasında deyib.
“Bu regionda güclü müsəlman dövləti istəmirlər. Mənafeləri fərqlidir. Dünyanın yeganə ağası olmaq istəyirlər. Açıq şəkildə deməliyəm ki, Qərb Türkiyədən qorxur. Digər tərəfdən biz sevinir ki, Türkiyə güclənir. Kənardan nə demələrindən asılı olmayaraq. “Avtoritarizm”, “diktatorluq” – bunlar Türkiyəyə uyğun sözlər deyil”, - səfir bildirib./axar.az