Sezen Aksudan ermənilərə DƏSTƏK: "Onlara canım qurban"

Baxış sayı:
56185

Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Türkiyənin ən məşhur müğənni və bəstəkarlarından biri Sezen Aksu İstanbulda yeni istifadəyə verilmiş "Zorlu Center PSM" mərkəzində səhnəyə çıxıb. Fahir Atakoğlu ilə yanaşı, erməni Ara Dinkyanın rəhbərlik etdiyi orkestrin müşayiəti ilə oxuyan Sezen Aksu iki mahnı oxuyandan sonra zalı salamlayıb və danışmağa başlayıb. "Bura çox moderndir. Dünyanın çox yerində oldum, ölkəmizdə də gözəl salonlarda oxudum. Buraya gələndə həqiqətən də heyran qaldım. Belə bir məkanımızın olduğu məni sevindirir", - deyən müğənni daha sonra 1996-cı ildə təyyarə qəzasında həlak olmuş əri, erməni Onno Tunçdan danışıb. "Bilirsiniz, Onno ermənidir və mən də 10 il ermənilərin gəlini oldum. Onlara canım qurban! Dolayısıyla bütün ermənilər, təbii ki, mənim qohumlarımdır", - müğənni söyləyib.