​Şeyxdən Qüds qətliamı ilə bağlı - AÇIQLAMA

Baxış sayı:
3196

Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik.
Report  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdırumalar və çətinliklər əmələ gətirir:
"Televiziyalarda baxanda 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz bunun 20 Yanvar hadisəsi zamanı şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik".
A.Paşazadə qeyd edib ki, o yer bütün dinlər üçün müqəddəsdir:
"Müsəlman dövlətlərin arasında birlik olmadığına bundan sui-istifadə olunur".