Şeyx Mirziyoyevlə görüşdü - VİDEO

Baxış sayı:
346

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Real TV-nin məlumatına görə, görüşdə iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən üzünmüddətli tərəfdaşlığın getdikcə inkişaf edəcəyi, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcəyi bildirilib.
Ortaq mədəniyyət, milli adət-ənənələr və mənəvi dəyərlərə, habelə qarşılıqlı hörmət və ehtirama söykənən Özbəkistan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı yüksək qiymətləndirilib.
Azərbaycanın iki qardaş xalqı bir-birinə sıx bağlayan, onları birləşdirən etibarlı körpü olduğu diqqətə çatdırlıb.