​"Şeytan çarxı"nda qəza: 5 uşaq xəsarət aldı

Baxış sayı:
4483

Almaniyanın Bavariya federal torpağında “Şeytan çarxı” attraksionunun bir hissəsinin çökməsi nəticəsində 5 uşaq xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, hər birinin diametri 4 metr olan 4 kabində ümumilikdə 8 azyaşlı olub.
Hadisə baş verən an onlardan 5-i yüngül yaralanıb.
Uşaqların xəstəxanalara çatdırıldığı bildirilib.
Olayla bağlı araşdırma aparılır.