Seymur Həzi karsa salındı

"Azadlıq" qəzeti və "Azərbaycan saatı" TV proqramının əməkdaşı Seymur Həzi saxlandığı Kürdəxanı təcridxanasında karsa salınıb. Bu haqda məlumatı "Azadlıq" qəzetinə Seymur Həzinin atası Məşgül Həziyev verib. "Seymura azuqə gətirmişdim, qəbul etmədilər. Səbəbini soruşduqda isə, Seymurun karsa salıdığını bildirdilər".  Təcridxana işçiləri Seymurun hansı səbəbdən karsa salındığı haqda məlumat verməyiblər. Lakin Seymur Həzinin karsa salınmasına son məhkəmə prosesində izlənməsi haqda ictimailəşdirdiyi sənədin səbəb olduğu ehtimal olunur. Xatırladaq ki, həmin sənəddə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə Seymur Həzini izləməsi haqqda qeydlər yer alıb.