"Sevilya"nın baş məşqçisi "Qarabağ" üzərindəki qələbədən danışdı

Baxış sayı:
9427
 

"Rəqib öz meydanında oynayırdı. Stadiondakı ab-havanı da gördünüz. Bu da bizə çətinlik yaratdı. İstənilən halda qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və daha sonra qollar vura bildik".

"Report" xəbər verir ki, bu fikirləri "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi "Qarabağ"ı məğlub etdikləri (3:0) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi təcrübəli kollektivdir: " "Qarabağ" üzərində işlənmiş komandadır. Gözlədiyim kimi oynadılar".

İspaniyalı məşqçi deyib ki, bu gün futbolda təəccüblü heç nə yoxdur: "Hər hansı bir futbolçumu qeyd etmək istəmirəm. Komanda şəklində qələbə qazandıq. Yaxşı bir kollektivi üstələdiyimiz üçün məmnunam. "Qarabağ"ın APOEL-lə iki matçını da izləmişəm. Ağdam klubu Kipr klubunu mübarizədən kənarlaşdıra, APOEL də Hollandiya "Ayaks"ını büdrədə bilərdi. Futbolda çox şey ola bilər".

Lopetegi həftəsonu La Liqada "Real Madrid"lə oynayacaqları, lakin həmin görüşü sabahdan düşüncəklərini sözlərinə əlavə edib.