"Sevilya" - "Qarabağ" oyununda erməni təxribatı - VİDEO

Baxış sayı:
7402

Dünən İspaniyada Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan "Sevilya" - "Qarabağ" oyunu zamanı ermənilər yenidən təxribata əl atıblar. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, oyun zamanı azərbaycanlı azarkeşlərin arxasında oturan bir qrup erməni Ermənistan bayrağını qaldırmağa cəhd edib. Azərbaycanlı azarkeşlərin etirazından sonra Ermənistan bayrağını aşağı salmağa məcbur olublar. Daha sonra polis təxribat törətmək istəyən erməni azarkeşləri stadiondan uzaqlaşdırıb. Məlumat üçün xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Lüksemburqda baş tutan " Düdelanj " - "Qarabağ" oyunu zamanı da ermənilər təxribata əl atıblar. Oyunun 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna etirazlarını bildiriblər və stadionda gərgin anlar yaşanıb.