​Sevgilisinin saçından tutaraq başını divara və döşəməyə vurub – TANINMIŞ FUTBOLÇU SAXLANILDI

Fransanın "Lans" klubunun qapıçısı Nikolya Duşez polis tərəfindən məişət zorakılığında şübhəli bilinərək saxlanılıb.
"Le Parisien" nəşri xəbər verir ki, sərxoş vəziyyətdə olan futbolçu öz sevgilisini möhkəm döyüb.
Polislər mənzilə gəldikdə qadın çılpaq şəkildə yerdə uzanmış vəziyyətdə olub. Onun bədənində qançır və yara izləri aşkar edilib.
Mənbənin məlumatına görə, Duşez qadının saçından tutaraq başını divara və döşəməyə vurub. Mənzildə pəncərənin şüşələri və güzgü, həmçinin qab-qacaq sındırılıb.
Döşəmədə və divarda qan izləri olub.