Sevgilisinin öpüşü 20 yaşlı qızı öldürdü

Baxış sayı:
2932

Kanadada sevgilisinin öpüşü 20 yaşlı qızın ölümünə səbəb olub. “Journal De Quebec” olayın təfərrüatlarını yazıb. Bizimyol.info xəbər verir ki, gənc qız kəskin allergiyadan əziyyət çəkirmiş. Onun orqanizmini qıcıqlandıran qida məhsullarından biri fıstıq olub. Qızla görüşdən öncə sevgilisi fıstıq yağıyla sendviç yeyib. Onu öpən kimi qızın vəziyyəti dəyişib, çətinliklə nəfəs almağa başlayıb. Gənc qız dərhal üzərindəki inqalyatordan istifadə etsə də, yetərli olmayıb. Oğlan dərhal Təcili Tibbi Yardım çağırıb. Həkimlər qısa müddətdə gəlib çıxsalar da, qızın həyatını xilas edə bilməyiblər. Sevgilisi deyib ki, qızın fıstığa belə kəskin allergiyasının olduğunu bilmirdi.