​Sevgilisi məşhur müğənnini DÖYDÜ - VİDEO

Baxış sayı:
9928

Bu yaxınlarda Ahmet Kuralla yenidən barışması xəbərləri ilə gündəmə gələn müğənni Sıla aktyor sevgilisini polisə şikayət edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sıla vəkili Rezan Epözdemir ilə birlikdə Çağlayandaki İstanbul Ədliyyə Sarayına gələrək şiddətə və zorakılığa məruz qalması barədə şikayət ərizəsi yazıb. Fiziki şiddət və psixoloji təzyiq gördüyünü iddia edən Sıla üçün 3 ay qoruma qərarı alınıb.
Epözdemir bildirib ki, məhkəmə Ahmet Kuralın müğənniyə yaxınlaşmasına və telefon vasitəsi ilə narahat etməsinə 3 ay qadağa qoyub.
Jurnalistlərə açıqlama verən Sıla “Vaxtı gələndə hər şeyi biləcəksiniz” deyərək hadisəni təsdiqləyib. Ulduzun açıqlama zamanı gərginliyi və gözünün altındakı göyərmə diqqətdən qaçmayıb.