Sevgililər öpüşərkən faciəvi şəkildə can verdilər - ANBAAN VİDEO

Baxış sayı:
2116

Körpünün üzərində öpüşən cütlük faciəvi şəkildə ölüb. 
BiG.AZ xəbər verir ki, hadisə Peruda baş verib. Gecə klubunda əyləndikdən sonra cütlük evə getmək üçün körpüyə çıxıb. Bu zaman onlar körpünün kənarında qucaqlaşıb və öpüşməyə başlayıb. 
Daha sonra 34 yaşlı Maybet körpünün kənarındakı dəmir barmaqlıqlara oturaraq ayaqlarını sevgilisi 36 yaşlı Hektorun belinə dolayıb. Müvazinətini itirən sevgililər aşağı yıxılaraq faciəvi şəkildə can verib. 
Həmin anlar mühafizə kameralarına düşüb.