Serqey Şoyqu SDQ- nin baş komandanı Mazlum Abdo ilə görüşüb

Baxış sayı:
340

Muxalifet.az russian.rt-yə istinadən məlumat verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu, Suriya Demokratik Qüvvələrinin baş komandanı Mazlum Abdo ilə görüşüb.

Görüşdə Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov da iştirak edib.
Şoyqu, Abdo ilə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin - Rəcəb Tayyib Ərdoğan arasında 22 Oktyabrda Soçidə əldə edilən razılaşmalara uyğun olaraq kürd tərəfinin həyata keçirməli olduğu tədbirləri müzakirə etdi.
Nazir Abdo-nun patrul növbələri keçiriləcək yolların genişləndirilməsi və Suriya-Türkiyə sərhəddində Rusiya hərbi polis bölmələrinin sayının artırılması planları haqda məlumat verib.
Müdafiə naziri Rusiya hərbi polisi və Suriya sərhədçiləri Suriya - Türkiyə sərhədindən 30 kilometrlik zolaqda yerləşən yaşayış məntəqələrinin sakinlərinin təhlükəsizliyini təmin edəcəyi üçün onların evlərini tərk etmək məcburiyyətində olmadığını  söylədi.
Öz növbəsində Mazlum Abdo Rusiya və Vladimir Putinə "kürd xalqının təhlükəsizliyini qoruduğuna və hərbi əməliyyatları dayandırmaq üçün atdığı addımlara görə" təşəkkür etdi.
“Hazırda Rusiya hərbi polisinin bölmələri və nizamlı Suriya qoşunları bir çox bölgələrdə yerləşdirilib. Biz onlara hər cür kömək və dəstək veririk "deyə Rusiya Müdafiə naziri bildirdi. 
Muxalifet.az