Serqey Şoyqu ABŞ-a 1,5 saat vaxt verdi

Baxış sayı:
610

Muxalifet.az Tsarqrad.tv-yə istinadla xəbər verir ki, Rusiya Müdafiə naziri Serqey Şoyqu ABŞ-a son 1,5 saat vaxt verib. 
Rusiya Müdafiə naziri Sergey Şoyqu ABŞ-a sazişin bütün bəndlərini yerinə yetirmək üçün 1,5 saat vaxt verdi. Söhbət Amerikanın ağır texnikasının və hərbi hissələrinin Suriyadan çəkilməsindən gedir.
Şoyqu, həmçinin kürdlərin İŞİD terrorçularını saxladığı Suriya həbsxanalarının qorunması məsələsini də qabartdı. Onun sözlərinə görə, artıq iki gündür ki, bu həbsxanalara mühafizəçlər nəzarət etmir. Bundan əlavə, 500-dək insan qaçqın düşərgələrindən qaçıb.
"İndi tədbirlər görülür, bizi inandırmağa çalışırlar"- deyə Rusiya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
Eyni zamanda, əsas problem-məhkumları öz ölkələrinə necə qaytarmaq məsələsi həll edilməyib. Şoyqu xatırladıb ki, bu məsələ adi mülki qanunla tənzimlənmir, bunu BMT həll etməlidir.
 
 Muxalifet.az