​“Serj Sərkisyanın dəyişməsi işin yarısıdır…” – POLİTOLOQ

Baxış sayı:
2374

Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq idi:
 
“İkinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək, növbədənkənar parlament seçkisi tələb etməkdir. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxdı, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək”.
 
Politoloqun sözlərinə görə, Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı:
 
“Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsiri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq”.
 
Qeyd edək ki, Paşinyan gələn həftə Ermənistanda baş nazir seçiləcəyini, daha sonra isə ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcəyini bildirib.