Serj Sərkisyan siyasi səhnəyə qayıtdı, ABŞ səfiri ilə görüşdü - QARABAĞ DANIŞIQLARI DA MÜZAKİRƏ OLUNUB...

Baxış sayı:
705

Ermənistanın keçmiş prezidenti, Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”la devrilən Serj Sərkisyan yenidən siyasi səhnəyə qayıdıb.

Erməni KİV-ləri xəbər verir ki, Sərkisyan bu gün ABŞ-ın Yerevandakı səfiri Linn Treysi ilə görüşüb.

Görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və orada Sərkisyanın başçılıq etdiyi Respublika partiyasının nümayəndələri də iştirak edib. Səfir Linn Treysinin xahişi ilə Sərkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb.

Səfirliyin bəyanatında deyilir ki, ABŞ Ermənistanda sosial, iqtisadi və demokratik idarəçiliyin dəstəklənməsi vəzifəsinə sadiq qalır. Və Respublika partiyası ilə görüşlər müntəzəm xarakter daşıyacaq./Virtualaz.org