"Serj Sarkisyanın ölümdən sonrakı əzələ spazmı var" - Sarkisyan PUSQUDA NƏYİ GÖZLƏYİR?

Baxış sayı:
2608

Keçən ilin aprel ayında sabiq erməni pezident Serj Sarkisyan postundan gedəndə bu ifadəni işlətmişdi: “Paşinyan haqlı idi, səhv edən mən idim”. Bu onun publikaya son sözləri idi. Amma keçən həftə 2 dəfə Sarkisyan Paşinyan hökumətinin üzərinə hücumlarla özünü hamıya xatırlatdı. Onun pusqu vəziyyətində gözlədiyi əlverişli məqam nədir?  
Muxalifet.az
bu barədə "EurasiaNet" nəşrinə istinadla xəbər verir. 

İstefadan sonra o, demək olar ki, gözdən itmişdi. Dekabrda keçirilmiş parlament seçkilərində onun Respublikaçı partiyası iştirak eləmədi. Yalnız səsvermədə iştirak etdi.
Yanvarda Sarkisyana yaxın olan mənbələrdən Eurasianet.org-a məlumat verilmişdi ki, o "əlverişli məqam" gözləyir. Mənbə, ”Sarkisyan siyasətdən getməyə hazırlaşmır, sadəcə uyğun məqam və münasib atmosfer gözləyir. Prezidentlk üçün əlverişli olan məqam”, deyə bildirib.
Sarkisyanın dəqiqləşdirmək istədiyi ilk zəruri məsələ onun həbs olunma ehtimalı idi. O, özünün həbs olunmaq ehtimalını belə cavablandırmışdı: “ Əgər mənim həsbim xalqı xoşbəxt edəcəksə qoy belə olsun”.
Görünür ki, hakimiyyətdən könüllü getməyin əvəzində Paşinyanla razılaşıb və özünü həbsdən sığortalayıb.
Noyabrın 5-də isə ABŞ-ın İrəvan səfiri Lin Treysi ilə görüşündə, səfir ABŞ-ın Ermənistandakı müxtəlif partiyalar, o cümlədən Respublikaçılar partiyası ilə uzunmüddətli əməkdaşlıq tarixini qeyd etdi. "ABŞ Ermənistandakı demokratik, iqtisadi və sosial idarəetməni dəstəkləməkdə davam edir", deyən Treysi bunun son görüş olmadığını söyləyib. Sarkisyan həbsdən qorunmağı bacardı, amma bunu onun bir çox yaxın tərəfdaşları və ailə üzvləri haqqında demək olmaz. Sarkisyan vaxtının çox hissəsini keçmiş Ermənistan rejiminin dəstəkləndiyi yerdə - Dağlıq Qarabağda keçirir. Gələn il qondarma “DQR” subyektinin ərazisində “qondarma prezident seçkiləri" elan ediləcək. Görünür ki, Sarkisyan bu seçkilərdə iştirak etməkdə qətiyyətlidir, o və müttəfiqləri bunu hakimiyyətdə qalmaq üçün son şans kimi görürlər.
Mövcud rəhbərlik Sarkisyanın görüşünə laqeyd münasibət göstərdi. Sarkisyanın “həbs olunmaq qorxusu” ilə bağlı dediklərinə cavab olaraq, parlamentin vitse-spikeri Alen Simonyan Azadlıq Radiosuna deyib ki, "o hər dəfə yatıb yuxudan oyananda qorxmalıdır, çünki onun və ətrafındakıların etdiklərinin heç biri unudulmayıb". "Mənim addımım" koalisiyasından olan digər bir deputat  Aren Mkrtchyan isə "Facebook" da yazıb: "Serj Sarkisyanın ölümdən sonrakı əzələ spazmı var".    
Muxalifet.az