SERJ SARKİSYAN İSTEFA VERDİ: “Nikol Paşinyan haqlı idi. Mən səhv eləmişəm...”

Baxış sayı:
3073

Muxalifət.az xəbər verir ki, bütün Ermənistan boyunca davam edən etirazların başlanmasından 11 gün sonra Serj Sarkisyan baş nazir postunu tərk edib. Məlumatı Ermənistanın dövlət informasiya agentliyi olan “Armenpress” yayıb.
Xocalı qatili baş nazir kimi son müraciətində deyib:
“Ermənistan Respublikasının bütün vətəndaşlarına, mənim üçün əziz olan gənclərə, qadınlara və uşaqlara müraciət edirəm,
gündüzlər və gecələr “Rədd ol, Serj” nidaları ilə blokadaya alınmış küçələrdə dayananlara müraciət edirəm,
bu günlər ərzində ictimai asayişi təmin edənlərə,
sərhəddə duran cəsur əsgər və zabitlərə, döyüş yoldaşlarıma müraciət edirəm,
partiya yoldaşlarıma, bütün siyasi qüvvələrə və siyasi xadimlərə müraciət edirəm.
Dövlət başçısı qismində son dəfə müraciət edirəm.
Nikol Paşinyan haqlı idi. Mən səhv eləmişəm...”