Serj Sarkisyan hələ Qarabağdadır – Paşinyanı gözləyib

Baxış sayı:
10825

Ermənistanın sabiq prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın 2018-ci ilin aprelində başlatdığı “məxməri inqilab” nəticəsində istefa verməyə məcbur olan Serj Sarkisyan hələ də Dağlıq Qarabağdadır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti məlumat yayıb. Bildirilib ki, martın əvəlindən Qarabağa gələn Serj Sarkisyanın indiyədək Ermənistana qayıtmamasının səbəbi ötən gün Paşinyanın Xankəndində Təhlükəsizlik Şurasının iclasını yekunlaşdırmasını gözləmək olub. 
Məqsəd isə məhz iclasdan çıxan nəticəyə əsaslanaraq Qarabağ separatçılarının lideri Bako Saakyanla birlikdə gələcəkdə Paşinyana qarşı atacaqları addımların ssenarisini qurmaqdır. 
“Sarkisyan dünən keçirilən Təhlükəsizlik Şurasının iclasını gözlədi ki, həmin toplantının yekunlarına uyğun olaraq özünün gələcək planlarını müəyyənləşdirsin. Xankəndində olduğu bu müddət ərzində Ermənistanın sabiq prezidenti Qarabağ “elitasının” nümayəndələri ilə aktiv görüşlər keçirib”, - deyə qəzet yazıb.