Sergey Ryabkov: "Vaşinqtonun Tehrana qarşı hərəkətləri müharibə başlatmağa yönəlib"

Baxış sayı:
5596

"Vaşinqtonun Tehrana qarşı hərəkətləri müharibə başlatmağa yönəlib".
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Bir müddətdir ki, ABŞ tərəfindən İrana qarşı siyasi, psixoloji, iqtisadi və hərbi təzyiqlərin artırılması cəhdlərinə şahid oluruq. Bu cür hərəkətlər təxribat xarakterlidir və müharibə başlatmaq üçün məqsədyönlü siyasətin bir hissəsidir”,- deyə rusiyalı diplomat bildirib.
Qeyd edək ki, Pentaqon minlərlə hərbi qulluqçunun müdafiə məqsədi ilə Yaxın Şərqə göndəriləcəyini açıqlayıb. Ölkənin müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan da bu qərarı təsdiqləyib.
Bildirilir ki, hərbçilərin göndərilməsi İranla bağlı yaranmış vəziyyətlə əlaqədardır.