Sergey Lavrov: Bağdadi ABŞ-ın layihəsi idi

Baxış sayı:
5761

ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində öldürülən sabiq İŞİD lideri Bağdadi haqqında qalmaqallar davam etməkdədir.
Muxalifet.az
 xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın “Rossiya 24” telekanalına müsahibə verən ölkənin xarici işlər naziri Sergey Lavrov İŞİD terror təşkilatının öldürülən lideri Bağdadinin ABŞ-ın layihəsi olduğunu iddia edib: “Bağdadi ABŞ-ın ixtirası idi. Müdafiə Nazirliyimiz Bağdadi haqqında bir açıqlama verdi. Bu haqda daha çox məlumat istəyirik. Hər şeyi böyük bir zəfər kimi qeyd edirlər ancaq, ordumuzun bu istiqamətdə apardığı araşdırmalar hələ ki, dəqiq nəticə göstərmir”.
Bağdadinin daha əvvəl də “öldürüldüyünü” bildirən Lavrov, bu dəfə həqiqətən belə bir şey baş veribsə müsbət addım olduğunu qeyd edib.