​Serbiya prezidentinin Azərbaycana səfəri başa çatdı

Baxış sayı:
7802

Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri başa çatıb.
 
Muxalifət.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
A. Vuçiçi hava limanında Azərbaycan baş nazirinin birinci müaviniYaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.