​Serb lider açıqladı: Qazı "Türk axını" ilə alacağıq

Baxış sayı:
22531

Rusiya qazını “Türk axını” qaz kəməsi ilə əldə etmək niyyətindəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən media konfransında çıxışı zamanı deyib.
“Biz bu günə qədər qazımı Ukrayna və Moldova üzərində əldə edirdik. İndi isə “Türk axını” vasitəsilə, Bolqarıstandan keçərək almağı düşünürük. Məhz buna görə də, qaz xətti inşa edirik”, - deyə prezident bildirib.