​Separatçılardan ŞOK İDDİA: Su anbarı partladılacaq və...

Baxış sayı:
5962

Ukrayna təhlükəsizlik gücləri Donbasda Mironovsk su anbarının şlüzlərini minalayıblar və onları partlada bilərlər.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Luqansk Xalq Respublikası” separatçı qurumun nümayəndəsi Andrey Maroçko jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndəsi tərəfindən aşkar edilmiş və hesabatda öz əksini tapmışdı.
“Biz dünya ictimaiyyətini və beynəlxalq hüquq müdafiə təşkilatlarını bu fakta diqqət yetirməyə çağırırıq ki, su anbarının şlüzlərinin partladılması Luqan çayında suyun səviyyəsinin artmasına, Troisk, İrmino, Pervomaysk və Kalinov yaşayış məntəqələrində daşqınlara gətirib çıxaracaq. Bu, dinc əhalisi arasında böyük miqdarda qurbanlara, respublikanın bütün ərazisində ekoloji və humanitar faciəyə gətirib çıxaracaq”, - separatçı qurumun “müdafiə idarəsi”nin nümayəndəsi deyib.