​Separatçılar Rusiyaya birləşmək istəyir

Baxış sayı:
2755

Əgər osetin xalqı birləşməsə, taleyimiz ruslar və ukraynalıların taleyinə bənzəyəcək.
Muxalifet.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Cənubi Osetiya separatçılarının lideri Anatoli Bibilov deyib.
“Biz Rusiyanın tərkibində olmalıyıq. Buna heç bir şübhəm yoxdur. Ona görə ki, osetin xalqının 1920-ci ildən bu yana müəyyən edilmiş strateji hədəfi bir coğrafi və siyasi məkanda olmaqdır. Əgər bunu etməsək, bizdə ruslar və ukraynalılar kimi olacaq. Onlar hamısı slavyandırlar, amma indi nələrin baş verdiyi göz qabağındadır”, – deyə o bildirib.