Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları irəli verdilər - FOTOLAR

Baxış sayı:
423

Xəbər verdiyimiz kimi, ötən gün separatçı rejimin “rəhbəri” Araik Arutyunyan öz ordusuna yalvarıb.

Xatırladaq ki, o, yaydığı videomüraciətdə Azərbaycan Ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu qeyd edib.

Yalvarış tonundan məğlubluq yağan Araikin bu çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan “Facebook” səhifəsindən döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb.

Bu fotolar isə onu göstərir ki, erməni kişilər Qarabağ döyüşlərində müzəffər Azərbaycan Ordusunun qarşısına çıxmağa qorxur.