​Separatçı Fəxrəddin Abbasov Azərbayacana gətirilib? - DTX-dan AÇIQLAMA

Baxış sayı:
7639

“Amnesty International” təşkilatının yaydığı məlumata görə, Azərbaycan əleyhinə radikal çıxışlar edən, separatçı "Talış Muğan Respublikası"nın rəhbərlərindən olmuş, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbasov Rusiyanın Lyubertsı şəhərində saxlanıldığı təcridxanadan yoxa çıxıb. Bəzi mənbələrdə onun Azərbaycana ekstradisiya edildiyi iddia olunur.
Muxalifet.azxəbər verir ki, Azərbaycan Dövlət Təhlükısizlik Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayev bununla modern.az-ın sorğusuna cavab verib.
A.Babayev bildirib ki, Fəxrəddin Abbasovun Azərbaycana ekstradasiyası ilə bağlı Dövlət Təhülkəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsinə heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, F. Abbasov Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında Rusiya tərəfindən federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Luberts Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Fəxrəddin Abbasov haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.