​Separatçı Abxaziyada "referendum" baş tutmadı

Separatçı "Abxaziya Respublikası"nda erkən prezident seçkilərinin keçirilməsinə dair referendum baş tutmayıb.
RİA "Novosti” agentliyinin verdiyi xəbərə görə, səsvermədə yekun seçici fəallığı tələb olunan 50%-ə qarşı 1,23% təşkil edib.
"Mərkəzi Seçki Komissiyası"nın sədri Batal Tabaqua bildirib ki, belə olan halda "referendum" baş tutmamış sayılır.
Qeyd edək ki, növbədənkənar "prezident seçkiləri" tələb edən "müxalifət" iyulun 5-də aksiya keçirərək, referendumun payızda keçirilməsini istəyirdi.