Sepah: İran ballistik raket istehsalını sürətləndirəcək

ABŞ-ın təzyiqləri fonunda İranın raket proqramının inkişafı sürətləndiriləcək.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bəyanatında deyilir.
Qeyd olunur ki, "Sepah" regionda təsirini gücləndirməyə çalışır və İranın ballistik raketlərin yaradılması üzrə proqramını daha sürətlə inkişaf etdirəcək.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana münasibətdə yeni strategiyasının icrasına "Sepah"a qarşı sərt sanksiyaların tətbiqi ilə başlanacağını bildirmişdi.