SEPAH-dan ABŞ-a YUMRUQLU CAVAB

Baxış sayı:
709

ABŞ-ın dövlət katibi Mayk Pompeo, ABŞ-ın, İranla nüvə müqaviləsindən çıxmasından sonra həyata keçirəcəyi yeni strategiyanı açıqlayıb. İran bu açıqlamaya sərt cavab verib. İran İnqilab Mühafizəçilərinin komandiri İsmayıl Kovsari, "İran xalqı, ABŞ xarici işlər nazirinin ağzına sərt bir yumruq vuracaq" - deyib.
 
Kovsari, "İranlılar bunun qarşısında bir olmalı və İran xalqı ABŞ xarici işlər nazirinə və onu dəstəkləyən hər hansı birinin ağzına sərt bir yumruq vuracaq" - deyib.
ABŞ-ın dövlət katibi Pompeonun dünən açıqladığı yol xəritəsində Tehranla yeni bir müqavilənin şərtlərini sadalayıb. İranın bütün nüvə fəaliyyətlərinə son verməsi, əlavə olaraq Yaxın Şərqdə nəzarətindəki bütün güclərini çəkməsi və Hizbullah başda olmaqla, bütün terror təşkilatlarına dəstəyini kəsməsi tələb olunub.
Müxalifət.az