SEPAH-ın 14 hərbçisi Suriyada öldürüldü

Suriyadakı qarşıdurmalarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun milliyətcə əfqan olan 14 üzvü öldürülüb.
 
 “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, öldürülən şəxslər üçün İranın müxtəlif şəhərlərində yas mərasimi təşkil edilib. Cənazə mərasimləri, xüsusilə, Xorasan, Qum, Tehran, Elburz, Fars və İsfahan əyalətlərində baş tutub.
Qeyd edək ki, qeyri-rəsmi mənbələr indiyə qədər Suriyada İranın 2400 hərbçisinin qətlə yetirildiyini bildirirlər.