​SENSASİYA: Trampla əlaqə üçün İrana nömrə verilib

Baxış sayı:
1009

Ağ Ev iranlı liderlərin ABŞ Prezidenti Donald Trampla birbaşa əlaqə saxlaya bilməsi üçün iki ölkə arasında vasitəçilik edən isveçrəli diplomatlara telefon nömrəsi verib.
 
Bu barədə CNN məlumat yayıb. İranlıların bu addıma laqeyd qalma ehtimalının yüksək olduğunu deyən mənbə iranlılar xüsusi olaraq tələb etmədikləri müddətdə İsveçrənin nömrəni iranlılara verməyəcəyini bildirib.
 
Qeyd edək ki, ABŞ-ın İrana qarşı yeni sanksiya dalğasının qüvvəyə minməsindən sonra İran Prezidenti Həsən Ruhani ölkəsinin nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin bir hissəsini icra etməkdən imtina etdiyini açıqlamışdı.
 
ABŞ lideri Tramp isə iranlı liderlərin onunla telefon əlaqəsi saxlaması gərəkdiyini və müzakirələrə hazır olduğunu açıqlamışdı./axar.az