SENSASİYA! Ruslar fin, finlər isə türk mənşəli imiş? - VİDEO

İnanılmaz faktlar
 
2013-cü il martın 18-də Moskvada yerləşən Lev Qumilyov mərkəzinin alimləri tarixdə ilk dəfə həqiqətən də “şok açıqlama” verdilər. Hurriyyet.org xəbər verir ki, onların rusların genofondu ilə bağlı apardıqları tədqiqarın nəticəsi özlərini də mat qoymuşdu – sən demə, ruslar slavyan yox, rusdilli finlər imişlər. Məlumatda deyilirdi: “Rus alimləri rus xalqının genofondu ilə bağlı ilk irimiqyaslı araşdırma aparıblar. Nəticələrin elan edilməsi Rusiya və dünya quruluşu üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər”. Rusiyada nəşr edilən “Vlast” jurnalındakı məqalə belə sensasiyalı girişlə başlayırdı. Həqiqətən də inanılmaz sensasiya idi – bir çox miflər yalan çıxırdı. Bəlli olmuşdu ki, genetik cəhətdən ruslar heç də “şərqi slavyanlar” yox, finlərdirlər (bax:http://www.kavkazcenter.com/russ/content/2013/03/19/96889.shtml?utm_campaign=transit&utm_source=mirtesen&utm_medium=news&from=mirtesen).
Bu tədqiqatdan sonra Rusiya ailimləri “rusların slavyan kökləri” məsələsinə nöqtə qoymuş oldular. Sadəcə slavyan dilinə oxşaq rus dili var, onun da 60-70 faizi qeyri-slavyan sözləridir. Ona görə də rus insanı slavyanların dilini başa düşə bilmir.
Tədqiqat müəyyənləşdirib ki, rusların genofondunun 75 faizi fin köklərinə malikdirlər. Digər 25 faizi isə... tatarlar təşkil edir.
Qeyd edək ki, bəzi alimlər Rusiyanın orta və şimal hissələrinin əksəriyyətinin coğrafi adlarının fin dilində olduğunu bildirirlər.
Tatarların türk mənşəli olduğu hər kəsə bəlli həqiqətdir.
Haqqında geniş məlumatımızın olmadığı digər bir fakt isə - finlərin də türk mənşəli olmasıdır.
Beləliklə, çevrə qapanır - ruslar fin və tatar, fin və tatarlar isə türk mənşəlidirlər.